...

Hindistanda qum qasırğası qurbanlarının sayı 100-ə çatır

Hadisə Materials 3 May 2018 14:09 (UTC +04:00)
Hindistanın şimalında baş vermiş güclü qum qasırğası 70 nəfərdən çox sakinin ölümü ilə nəticələnib.
Hindistanda qum qasırğası qurbanlarının sayı 100-ə çatır

İlk xəbər saat 12:01-də yayımlanıb

Bakı. Trend:

Hindistanın şimalında baş vermiş güclü qum qasırğası nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Trend-in məlumatına görə, qasırğa baş vermiş Uttar-Pradeş və Racastan ştatlarında həlak olanların sayı artıq 100-ə çatır.

X X X

Hindistanın şimalında baş vermiş güclü qum qasırğası 70 nəfərdən çox sakinin ölümü ilə nəticələnib.

Trend-in məlumatına görə, qasırğa Uttar-Pradeş və Racastan ştatlarının ərazisində baş verib.

Bölgədə həmçinin güclü yağıntılar və şimşək də qeydə alınıb. Qasırğa ağacları və işıq dirəklərini yerindən qopardığı üçün bölgədə elektrik enerjisinin verilməsində fasilələr olub.

Eyni zamanda, qum qasırğası paytaxt Dehlidə də baş verib. Hadisə ilə əlaqədar Dehliyə gəlməli olan azı 15 təyyarə başqa şəhərlərə yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti