...

Narkotik maddələrin alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini saxlanılıb (FOTO)

Hadisə Materials 10 May 2018 11:06 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Narkotik maddələrin alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini Ramil Əsədov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilən zaman 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb. götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti