...

Yüksəksürətli sərnişin qatarı alışıb

Hadisə Materials 21 May 2018 13:58 (UTC +04:00)
Hindistanda yüksəksürətli sərnişin qatarı alışıb.
Yüksəksürətli sərnişin qatarı alışıb

Bakı. Trend:

Hindistanda yüksək sürətli sərnişin qatarı alışıb. Trend-in məlumatına görə, hadisə Madxya-Pradeş ştatının Qvalior şəhərində baş verib.

Hindistan Dəmir Yolları Nəqliyyatı Nazirliyinin rəsmi nümayəndəsi Ved Prakeşin sözlərinə görə, insident səhər saatlarında olub. O, bildirib ki, əvvəl qatarın B6 vaqonunda yanğın başlayıb. Daha sonra alov B7 vaqonuna keçib.

Onun sözlərinə görə, yanan vaqonları qatardan dərhal ayırmaq mümkün olub. Hazırda yanğının tam aradan qaldırılması istiqamətində iş aparılır.

Yanğın nəticəsində xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti