...

İranda 800 adam göbələkdən zəhərləndi, 11-i öldü

Hadisə Materials 21 May 2018 15:45 (UTC +04:00)
İranın bir neçə əyalətində 800-dən çox adam göbələkdən zəhərlənib
İranda 800 adam göbələkdən zəhərləndi, 11-i öldü

Bakı. Trend:

İranın bir neçə əyalətində 800-dən çox adam göbələkdən zəhərlənib.

Trend-in məlumatına görə, onlardan 11 nəfəri ölüb.

İranın Səhiyyə Nazirliyi 230 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. 3 nəfər qaraciyər transplantasiyası əməliyyatı keçirib.

Qeyd olunur ki, zəhərlənmə halları əsasən İranın qərbində - Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, eləcə də Həmədan əyalətlərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti