...

Xəzərdə tapılan meyitlər FHN gəmisinin göyərtəsinə götürülüb

Hadisə Materials 24 May 2018 20:52 (UTC +04:00)
Xəzərdə tapılan meyitlər Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmisinin göyərtəsinə götürülüb.
Xəzərdə tapılan meyitlər FHN gəmisinin göyərtəsinə götürülüb

Bakı. Trend:

Xəzərdə tapılan meyitlər Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmisinin göyərtəsinə götürülüb.

Trend-in nazirlioyin saytına istinadən məlumatına görə, Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.

Hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti