...

Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

Hadisə Materials 8 İyun 2018 10:58 (UTC +04:00)
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

Yanğın zamanı 11 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti