...

Yasamalda silahlı insident baş verib

Hadisə Materials 11 İyun 2018 13:00 (UTC +04:00)
Münaqişə zəminində tüfəngdən açdığı atəşlə N.Qasımova xəsarət yetirmiş R.Nərimanov könüllü olaraq polisə təslim olub
Yasamalda silahlı insident baş verib

Bakı. Samir Əli - Trend:

Yasamalda silahlı insident baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 8-də rayon ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub və hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti