...

Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 22 İyun 2018 03:37 (UTC +04:00)
ABŞ geoloji xidmətinin məlumatına əsasən, Sakit okeanda Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdi.
Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

ABŞ geoloji xidmətinin məlumatına əsasən, Sakit okeanda Vanuatu sahilləri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdi.

Trend-in verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Port-Vila şəhərindən 30 kilometr qərbdə olub. Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Tsunami təhlükəsi elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti