Bakı. Trend:
Kür çayında 22 yaşlı kişi meyiti aşkar edilib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonu, Azadkənd kəndindən keçən hissəsində (nəzarətsiz ərazidə) naməlum kişi meyiti aşkar edilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyitin 1996-cı il təvəllüdlü Osmanov Xancan Malik oğluna aid olduğu müəyyən edilib.