Bakı. Trend:
Bu gün dənizdə batan 4 nəfər xilas edilib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax, Bilgəh, Hövsan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.