...

Türkiyədə bədbəxt hadisə nəticəsində azərbaycanlı turist həyatını itirib (FOTO)

Hadisə Materials 8 İyul 2018 15:45 (UTC +04:00)
Azərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.
Türkiyədə bədbəxt hadisə nəticəsində azərbaycanlı turist həyatını itirib (FOTO)

Bakı. Trend:

Azərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, 27-yaşlı Məryəm müvazinəti itirərək 15 metr yüksəklikdən Aladərə şəlaləsinə yıxılıb. Hadisə Muğla vilayətinin Fəthiyə şəhərində olub.

M.Ömərovanın yıxılması barədə təcili tibbi yardıma digər turist xəbər edib. Cəsədin çıxarılması üzrə işlər iki saat davam edib.

Cəsəd yarılma üçün Fəthiyə Dövlət Xəstəxanasının morquna çatdırılıb. Yerli polis hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti