...

Xətaidə inzibati bina yanıb

Hadisə Materials 28 Avqust 2018 22:46 (UTC +04:00)
Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb
Xətaidə inzibati bina yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb . Trend-in məlumatına görə, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib.

Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti