...

Salyanda yol qəzası baş verib

Hadisə Materials 26 Sentyabr 2018 02:51 (UTC +04:00)
Salyan rayonunun Alçalı kəndində yol qəzası baş verib
Salyanda yol qəzası baş verib

Bakı. Tural Turan - Trend:

Salyan rayonunun Alçalı kəndində yol qəzası baş verib . Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "MTZ" markalı traktor ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti