Bakı. Trend:
Ağcabədi rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə “MTZ-82” markalı traktor toqquşub.
DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kənd sakinləri Hüseyn Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhər sakini Elçin İbrahimovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub. Nəticədə H.Bayramovun sərnişini - atası Mehdi xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.