Bakı. Trend:
Bakıda yanğın hadisəsi baş verib.
FHN-dən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin mətbəxində mebel və alçipandan ibarət tavan 10 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.