...

Sintizatorda düzgün ifa etmədiyi üçün musiqiçini bıçaqlayan müğənniyə hökm oxundu

Hadisə Materials 9 Oktyabr 2018 17:35 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sintizatorda düzgün ifa etmədiyi üçün musiqiçini bıçaqlayan müğənniyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.İsmayılov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında, 66 saylı binanın yaxınlığında Ə.İsmayılov Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və Nəsimi rayon Polis idarəsinin əməkdaşlarına təhvil verilib. Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayiət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti