...

Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub

Hadisə Materials 9 Noyabr 2018 01:06 (UTC +04:00)
Şirvan şəhərində evdə yanğın olub.
Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub

Bakı. Trend:

Şirvan şəhərində evdə yanğın olub.

Trend-ə FHN-dən verilən məlumata əsasən, noyabrın 8-də saat 20:50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Şirvan şəhərində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 20:54-də hadisə yerinə çatıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatanda evdə açıq alov müşahidə olunurdu.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti