...

Azərbaycanda axtarışda olan şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

Hadisə Materials 13 Noyabr 2018 12:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda axtarışda olan Haldun Hacıyev Türkiyədə saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyədə saxlanılıb və ekstradisiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti