...

Türkiyədə həbsxanada yer olmadığı üçün buraxılan təqsirkar Azərbaycana qaçdı - Ölkəsinə qaytarılacaq

Hadisə Materials 19 Noyabr 2018 16:10 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluq və saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.
Türkiyədə həbsxanada yer olmadığı üçün buraxılan təqsirkar Azərbaycana qaçdı - Ölkəsinə qaytarılacaq

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda və saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, U.Yavər ölkəsinə ekstradisiya edilməlidir.

Qeyd edək ki, Türkiyə vətəndaşı U.Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb.

İttihama görə, o, Türkiyədə cinayət törətdiyi üçün Azərbaycana qaçıb.

Ulluqçu 2006-cı ildə Türkiyədə dələduzluqda, saxta sənəd düzəltməkdə ittiham edilib. Türkiyə məhkəməsi onu 5 il 204 gün azadlıqdan məhrum edib. İstintaq və məhkəmə dövründə həbsxanada olan Ulluqçu barəsində hökm çıxarılandan sonra azadlığa buraxılıb.

Sənədlərdən məlum olur ki, həmin dövrdə həbsxanada yer olmadığından onu bir müddətlik azadlığa buraxıblar. Daha sonra Ulluqçu Azərbaycana gəlib. 2011-ci ildə Azərbaycan vətəndaşı ilə ailə qurub, 3 azyaşlı övladı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti