...

Qusar sakininin bank hesabından oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 20 Noyabr 2018 15:15 (UTC +04:00)
Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Qusar sakininin bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti