...

Bakıda evdə qaz sızması: 2 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 27 Noyabr 2018 09:17 (UTC +04:00)
Bakıda fərdi evdə qaz sızması olub.
Bakıda evdə qaz sızması: 2 nəfər xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda fərdi evdə qaz sızması olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış qeydə alınıb. Evin dam örtüyü yararsız hala düşüb.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti