Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə xilasetmə qayığı batıb.
Trend-in məlumatına görə, hadisə İstanbulun Kartal rayonu yaxınlığında Mərmərə dənizində baş verib.
Qayıqda olan 4 nəfər sərnişin gəmisinin köməyi ilə xilas edilib.
Qayıq İstanbul yaxınlığındakı adalardan birinə gedirmiş.
Qəzanın səbəbləri barədə hələ məlumat verilmir.