...

Qubada itkin düşən şəxs tapılıb

Hadisə Materials 24 Dekabr 2018 11:36 (UTC +04:00)
Qubada itkin düşən şəxs tapılıb.
Qubada itkin düşən şəxs tapılıb

Bakı. Samir Əli - Trend:

Qubada itkin düşən şəxs tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 22-də Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti