Bakı. Elnur Bağışov - Trend:
İranın Mərkəzi vilayətinin Baytarlıq Baş İdarəsinin nəzarəti ilə ilk dəfə olaraq bu vilayətdən 15 min ədəd diri alabalıq körpəsi ixrac edilib.
Trend-in məlumatıang görə, bunu İranın Mərkəzi vilayəti Baytarlıq Baş İdarəsinin direktoru Möhsün Şanəqi İRNA ilə müsahibədə deyib.
Onun sözlərinə görə, bu ixrac məhsulu ilk dəfə olaraq İran prezidenti və yüksək səviyyəli rəsmilərin Türkiyəyə səfəri çərçivəsində bu ölkəyə ixrac edilmişdir.
Şanəqi əlavə edib: "Bu il (21 mart 2018-dən başlayaraq) 362407 kiloqram dondurulmuş toyuq Əfqanıstan və İraqa ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il 9 ayda bu məhsulun ixracı dörd dəfə artmışdır. 9 ayda 468 min kq toyuq ayağı Vyetnama ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə dörd dəfə artmış olmuşdur”, – deyə o bildirib.
Baytarlıq idarəsinin rəsmisinin sözlərinə görə, cari ildə İraq və Əfqanıstana 944630 ədəd dekorativ balıq, 2901 ton heyvan yemi ixrac edilib.
Qeyd edək ki, İranın Mərkəzi vilayətinin 12 rayonu, 1539 kəndi var. Vilayətdə 899 quşçuluq ferması, 491 heyvandarlıq ferması, 191 su canlıları yetişdirmə obyekti var.