...

Bakı sakinini metroda hədələyən şəxs saxlanlıb

Hadisə Materials 15 Yanvar 2019 15:17 (UTC +04:00)
Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bakı sakinini metroda hədələyən şəxs saxlanlıb

Bakı. Samir Əli - Trend:

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti