...

Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...

Hadisə Materials 23 Yanvar 2019 16:16 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror təqsirləndirilən şəxsin 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərov sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Qeyd edək ki, Hörmət Əsgərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti