...

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı

Hadisə Materials 26 Mart 2019 15:48 (UTC +04:00)
Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.
Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı

Bakı. Trend:

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Bundan başqa, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Ləki kənd sakini H.Əliyevdən 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti