...

Maştağa sakinindən silah-sursat götürülüb

Hadisə Materials 12 Aprel 2019 13:00 (UTC +04:00)
Maştağa qəsəbə sakini E.Dövlətovdan müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülüb.
Maştağa sakinindən silah-sursat götürülüb

Bakı. Trend:

Maştağa sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Dövlətovdan müvafiq sənədləri olmayan “İJ-18 EM” markalı ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti