...

Babək prospektində avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 25 Aprel 2019 15:17 (UTC +04:00)
Paytaxtın Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospektində avtomobil piyadanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Qəbələ rayon sakini A.Amriyev idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Voronovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti