...

Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub (FOTO)

Hadisə Materials 23 May 2019 14:11 (UTC +04:00)
21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb
Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

Belə ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti