...

Gecə yenə dolu düşüb

Hadisə Materials 28 May 2019 14:54 (UTC +04:00)
Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb
Gecə yenə dolu düşüb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mayın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bürodan Trend-ə verilən məlumata görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub. Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda( Qax) dismetri 1,4 sm olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.

Havanın hərarəti mayın 27-də Bakıda iqlim normasından 3.2° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 21-25° isti, aran rayonlarında 27-32° isti, dağlıq rayonlarda 19-21° isti, Naxçıvan MR-da 28-31° isti təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti