...

Bakıda Ağdam sakinindən hədə-qorxu ilə pul tələb edildi

Hadisə Materials 29 May 2019 20:44 (UTC +04:00)
Yasamal rayonunda qadına qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb.
Bakıda Ağdam sakinindən hədə-qorxu ilə pul tələb edildi

Bakı. Trend:

Yasamal rayonunda qadına qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində Ağdam rayon sakini olan qadına 2 nəfər hədə-qorxu gələrək 25.000 manat pul verməsini tələb edib.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti