...

Bakının mərkəzində yük maşını aşdı

Hadisə Materials 25 İyun 2019 14:15 (UTC +04:00)
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Bakının mərkəzində yük maşını aşdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Tbilisi prospekti ilə Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

Dönmə əməliyyatı yerinə yetirən avtomobil üzərində olan yükə tab gətirməyərək aşıb.

Qəza səbəbindən prospektdən Bakıxanova gedən yol bağlanıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti