...

Cəlilabad sakinini sosial şəbəkələrlə qorxudub 3000 manat alan şəxs saxlanılıb

Hadisə Materials 29 İyun 2019 14:33 (UTC +04:00)
Cəlilabad rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Cəlilabad sakinini sosial şəbəkələrlə qorxudub 3000 manat alan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev RPŞ-yə müraciət edib iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti