...

Xəzərdə 3 gündə 4 nəfər batıb

Hadisə Materials 4 İyul 2019 16:00 (UTC +04:00)
İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində ötən 72 saat ərzində 4 nəfər boğulub.
Xəzərdə 3 gündə 4 nəfər batıb

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində ötən 72 saat ərzində 4 nəfər boğulub.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məsud Təqdisi Laricani deyib.

M.T.Laricaninin sözlərinə görə, hadisələr Behşəhr, Babolsər, Mahmudabad və Abbasabad rayonlarında baş verib.

Polkovnik hadisələrin əsasən çimmək üçün qadağan olunmuş ərazilərdə qeydə alındığını qeyd edib:

“16 yaşlı yeniyetmə dənizdə dalğalar yüksək olduğu vaxt, 2 nəfər xəbərdarlıqlara baxmayaraq qadağan olunmuş ərazilərdə çimdiyi üçün, bir nəfər isə üzməyi bacarmadığına görə boğulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti