...

Bakı polisindən xüsusi əməliyyat - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

Hadisə Materials 23 Sentyabr 2019 12:18 (UTC +04:00)
Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.
Bakı polisindən xüsusi əməliyyat - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

Bakı. Samir Əli - Trend:

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti