...

Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə saxlanılıb

Hadisə Materials 26 Sentyabr 2019 15:48 (UTC +04:00)
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.
Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə saxlanılıb

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb.

Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilib və o saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti