...

Sumqayıtda yolu keçən piyadanı maşın vurdu, xəstəxanada öldü

Hadisə Materials 8 Oktyabr 2019 20:29 (UTC +04:00)
Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda yolu keçən piyadanı maşın vurdu, xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də saat 20 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti