...

Bakıda piyada 2 avtomobillə vuruldu, hadisə yerində keçindi

Hadisə Materials 11 Oktyabr 2019 21:47 (UTC +04:00)
Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda piyada 2 avtomobillə vuruldu, hadisə yerində keçindi

Bakı. Samir Əli - Trend:

Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi "Wolkswagen" markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti