...

Mingəçevirdə yeni doğulan körpə ölüb

Hadisə Materials 21 Oktyabr 2019 15:03 (UTC +04:00)
Mingəçevir rayonunda xəstəxanada körpə doğuş zamanı ölüb.
Mingəçevirdə yeni doğulan körpə ölüb

Bakı. Samir Əli - Trend:

Mingəçevir rayonunda xəstəxanada körpə doğuş zamanı ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib.

Ağdam rayonunda qeydiyyatda olan 1990-cı il təvəllüdlü Aliyeva Zamiyə Maarif qızı doğuş üçün xəstəxanaya gətirilib. Doğuş zamanı Z.Aliyevanın körpəsi doğulandan sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti