...

Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü

Hadisə Materials 18 Noyabr 2019 15:10 (UTC +04:00)
Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həşimli Razil Rza oğlu idarə etdiyi "VAZ 21074" markalı, 10 LZ 807 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən, 1959-cu il təvəllüdlü Abdurəhmanov Çingiz Gülalı oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti