...

Bakıda iki maşın toqquşub, ölən var

Hadisə Materials 30 Dekabr 2019 17:12 (UTC +04:00)
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda iki maşın toqquşub, ölən var

Bakı. Trend:

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi avtomobillər toqquşub.

Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti