...

“Mercedes” yol kənarındakı “Opel”i vurdu - Sürücü öldü

Hadisə Materials 6 Yanvar 2020 14:48 (UTC +04:00)
R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb
“Mercedes” yol kənarındakı “Opel”i vurdu - Sürücü öldü

Bakı. Trend:

Yanvarın 4-də saat 9 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini T.Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarında dayanmış "Opel" markalı avtomobili və onun sürücüsü, Bakı şəhər sakini Rəfayel Hüseynovu vurub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, nəticədə R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti