...

Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı

Hadisə Materials 25 Fevral 2020 14:49 (UTC +04:00)
Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov narkotik vasitələri satarkən saxlanılmışdır
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı

Bakı. Trend:

Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov narkotik vasitələri satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti