...

"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı

Hadisə Materials 27 Fevral 2020 17:41 (UTC +04:00)
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.
"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı

Bakı. Samir Əli - Trend:

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev Trend-ə bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti