...

Oğuzda baş verən qətllə bağlı cinayət işi açıldı

Hadisə Materials 29 Fevral 2020 12:32 (UTC +04:00)
Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulub.
Oğuzda baş verən qətllə bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.

Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti