...

Qazaxda yol qəzası: Ölən və yaralanan var

Hadisə Materials 11 Mart 2020 14:06 (UTC +04:00)
Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxda yol qəzası: Ölən və yaralanan var

Bakı. Trend:

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayonunun Aslanbəyli kəndi ərazisində rayon sakini O.Dərgahquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Ziyad Nəsibovu və Z.Məmmədovu vurub.

Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib. Z.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti