...

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Hadisə Materials 8 Aprel 2020 20:17 (UTC +04:00)
Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Bakı. Trend:

Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti