...

Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi

Hadisə Materials 24 Aprel 2020 11:24 (UTC +04:00)
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib
Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi

Bakı. Samir Əli - Trend:

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürəyindən bıçaqlayıb və boğazını kəsib.

V.Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən H.Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti