...

Bakıda iki moped oğurlayan şəxslər saxlanılıb

Hadisə Materials 29 Aprel 2020 12:23 (UTC +04:00)
Bakıda iki moped oğurlayan şəxslər saxlanılıb

Bakı. Samir Əli - Trend:

“Twister” və “Jonway” markalı mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.Eyvazov, A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə müəyyən edilərək saxlanılmışlar

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılmış, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti